Şirkətimiz haqqında
Şirkətimiz qüvvədə olan dövlət lisenziyası əsasında mülki, sənaye və infrastruktur təyinatlı obyektlərin layihələndirilməsi sahəsində kompleks memarlıq və mühəndislik xidmətləri göstərən peşəkar təşkilatdır. Fəaliyyətimiz konsept mərhələsindən başlayaraq işçi sənədlərin hazırlanmasına qədər layihənin bütün mərhələlərini əhatə edir və sifarişçiyə tam koordinasiyalı, icraya hazır layihə həlləri təqdim edir. Hər bir layihədə funksionallıq, estetik dəyər və mühəndis dəqiqliyinin vəhdətini əsas prinsip kimi rəhbər tuturuq, müasir memarlıq və mühəndislik yanaşmalarını tətbiq edirik. Layihələr hazırlanarkən yerli iqlim şəraiti, ətraf mühit amilləri, normativ tələblər və sifarişçinin texniki tapşırığı əsas götürülür. Şirkətimiz 2025-ci ildən etibarən yenilənmiş brend adı altında fəaliyyətini davam etdirir. Uzun illər ərzində toplanmış bilik və praktiki təcrübə bu gün həyata keçirdiyimiz layihələrin keyfiyyətinin əsasını təşkil edir. Komandamızın formalaşmış peşəkar təcrübəsi 20 ildən artıq dövrü əhatə edir və bu müddət ərzində müxtəlif təyinatlı 500-dən çox layihə uğurla icra olunmuşdur. Məqsədimiz yalnız tikinti üçün sənəd hazırlamaq deyil, uzunömürlü, funksional və mühitə dəyər qatan memarlıq- mühəndis həlləri yaratmaqdır.
Ətraflı məlumatXidmətlər
English
Русский







